Qazaxıstan paytaxtının adı dəyişdirilib - İddia

Qazaxıstan paytaxtının adı dəyişdirilib - İddia

Qazaxıstan paytaxtının adı dəyişdirilib - İddia

Qazaxıstan hakimiyyəti rəsmi kommunikasiyalarda ölkənin paytaxtının “Nur-Sultan” adından istifadə etməyi dayandırıb.

Polemika.az xəbər verir ki, bu barədə Orda.kz-nin jurnalisti Gülnarə Bajkenova "Dojd" telekanallının efirində məlumat verib.

Bajkenovanın sözlərinə görə, rəsmi mesajlarda şəhərin adı əvəzinə “paytaxt”, “Qazaxıstanın paytaxtı” ifadələri işlədilir.

Jurnalist, həmçinin bildirib ki, ölkənin keçmiş prezidenti Nursultan Nazarbayev ailə üzvləri ilə birlikdə Qazaxıstanı tərk edib.

Xatırladaq ki, yanvarın 2-də Qazaxıstanda maye qazın bahalaşması ilə bağlı etirazlar başlayıb və sonradan iğtişaşlara çevrilib. Yanvarın 5-də Qazaxıstanın hazırkı prezidenti Kasım-Jomart Tokayev ölkənin Təhlükəsizlik Şurasına rəhbərlik edəcəyini bəyan edib. Bundan əvvəl bu vəzifəni keçmiş prezident Nursultan Nazarbayev tutub.

Bundan əlavə, yanvarın 5-də Tokayev Baş nazir Askar Maminin rəhbərlik etdiyi hökumətin istefasını qəbul edib.

Etirazlar başlayandan bəri Nazarbayev ictimaiyyət qarşısına çıxmayıb və açıqlama verməyib.

Nursultan Nazarbayev 1990-cı ildən Qazaxıstana rəhbərlik edir. 2019-cu ilin may ayında təqaüdə çıxıb. Bununla belə, o, “millət lideri” (“Elbaşı”) titulunu saxlayıb, Qazaxıstan Təhlükəsizlik Şurasına rəhbərlik edib və hakim “Nur Otan” partiyasının rəhbəri olaraq qalıb.

2021-ci ilin noyabrında Tokayev Nazarbayevin yerinə hakim partiyanın rəhbəri postunu tutub.

Nazarbayevin istefasından sonra Qazaxıstanın paytaxtı Astana onun şərəfinə adlandırılıb.

Qazaxıstan paytaxtının adı dəyişdirilib - İddia