"Qarabağ"ın rəqibində koronavirus həyəcanı: 5 futbolçu yoluxdu

"Qarabağ"ın rəqibində koronavirus həyəcanı: 5 futbolçu yoluxdu

"Qarabağ"ın rəqibində koronavirus həyəcanı: 5 futbolçu yoluxdu

"Qarabağ"ın Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi "Marsel"in daha 5 futbolçusu koronavirusa yoluxub.

Polemika.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb. 

Polemika.az xəbər verir ki, Arkadiuş Milik, Stiv Mandanda, Jerson Santos, Alvaro Qonsales və Valenten Ronjyedə koronavirus aşkarlanıb. Adıçəkilən oyunçular son məşqdə məhz bu səbəbdən iştirak etməyiblər. 

Daha əvvəl "Marsel"in heyətində Pol Lirola və Konrad de la Fuente virusa yoluxub.

Qeyd edək ki, "Qarabağ" "Marsel"ə qarşı ilk oyununu fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. 

"Qarabağ"ın rəqibində koronavirus həyəcanı: 5 futbolçu yoluxdu