"Qarabağ"ın pley-offdakı rəqibi bu gün müəyyənləşəcək 

"Qarabağ"ın pley-offdakı rəqibi bu gün müəyyənləşəcək 

"Qarabağ"ın pley-offdakı rəqibi bu gün müəyyənləşəcək 

Bu gün Konfrans Liqasında pley-off  mərhələsinin püşkü atılacaq.

Polemika.az xəbər verir ki,İsveçrənin Nyon şəhərində keçiriləcək tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Püşkdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da pley-offdakı rəqibi bilinəcək.

Püşk öncəsi komandalar iki qrupa bölünüb. "Qarabağ" qrup ikincisi kimi səpələnmişlər səbətində yer alıb. Ağdam klubu səpələnməmişlər səbətində yer alan 8 komandadan birinə rəqib olacaq. Bunlar Avrop Liqasının qrup üçüncüləridir. "Qarabağ" ilk oyununu səfərdə keçirəcək.

Qeyd edək ki, pley-off mərhələsində ilk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

Səpələnmişlər

"Budyo Qlimt" (Norveç)

"Qarabağ" (Azərbaycan)

"Makkabi" (Təl-Əviv, İsrail)

PAOK (Yunanıstan)

"Partizan" (Serbiya)

"Randers" (Danimarka)

"Slaviya" (Praqa, Çexiya)

“Vitess” (Niderland)/“Tottenhem” (İngiltərə)

Səpələnməmişlər

"Lester" (İngiltərə)

"Midtüllan" (Danimarka)

"Marsel" (Fransa)

PSV (Niderland)

"Rapid" (Vyana, Avstriya)

"Seltik" (Şotlandiya)

"Sparta" (Praqa, Çexiya)

"Fənərbağça" (Türkiyə)

"Qarabağ"ın pley-offdakı rəqibi bu gün müəyyənləşəcək