"Qarabağ"ın 2 yeni transferindən biri artıq Bakıdadır

"Qarabağ"ın 2 yeni transferindən biri artıq Bakıdadır

"Qarabağ"ın 2 yeni transferindən biri artıq Bakıdadır

"Qarabağ"ın heyətinə cəlb edəcəyi Luka Quqeşaşvili bu gün Bakıya gəlib.

Polemika.az xəbər verir ki, Gürcüstan millisinin 22 yaşlı qapıçısı tibbi müayinədən keçdikdən sonra Ağdam klubu ilə müqavilə imzalayacaq. 

Quqeşaşvilinin son klubu Polşa "Yaqelloniya"sı olub.

Ağdam klubunun Bolqarıstanın “Çerno More” komandasının yarımmüdafiəçisi Leandro Andradeni də heyətinə cəlb edəcəyi dəqiqləşib. 22 yaşlı braziliyalı yarımmüdafiəçi isə "Qarabağ"ın düşərgəsinə Bakıda yox, Antalyada qoşulacaq.

Ağdam komandasının Türkiyədə təlim-məşq toplanışı yanvarın 12-26-da keçiriləcək.

"Qarabağ"ın 2 yeni transferindən biri artıq Bakıdadır