“Qarabağ” “Neftçi”ni darmadağın etdi

“Qarabağ” “Neftçi”ni darmadağın etdi

“Qarabağ” “Neftçi”ni darmadağın etdi

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura start verilib.

Polemika.az xəbər verir ki, turun açılış matçında “Zirə” “Keşlə”ni qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:0.

Turun mərkəzi matçında isə lider “Qarabağ” doğma meydanda son çempion “Neftçi” ilə qarşılaşıb.

İlk hissədə 23-cu dəqiqəyə qədər "Neftçi"nin qapısına 3 dəfə yol tapan Ağdam klubu matçın taleyin həll edib. İkinci hissəyə əlavə edilmiş 2-ci dəqiqədə isə Veşoviç oyunun hesabını təyin edən qolu vurub - 4:0.

Bununla da xallarının sayını 20-yə yüksəldən Ağdam klubu vahid lider olub.

 

30 oktyabr

18:30. “Qarabağ” – “Neftçi” - 4:0

Qollar: Ozobiç, 11, Zubir, 15, Ozobiç, 23-pen.Veşoviç, 90+2

Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Müslüm Əliyev, Vüqar Həsənli.

Bakı. “Azərsun Arena”

 

16:00. “Zirə” – “Keşlə” - 2:0 

Qol: Loris Broqno, 17, Ağabala Ramazanov, 42

Qırmızı vərəqə: Tural Axundov, 90+4 ("Keşlə")

Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Kamal Umudlu.

Zirə İdman Kompleksinin stadionu

“Qarabağ” “Neftçi”ni darmadağın etdi