"Qarabağ"-"Marsel" oyununa maraq: Biletlərin yarısı satılıb

"Qarabağ"-"Marsel" oyununa maraq: Biletlərin yarısı satılıb

"Qarabağ"-"Marsel" oyununa maraq: Biletlərin yarısı satılıb

UEFA Konfrans Liqasının 1/16 final mərhələsinin “Qarabağ” – “Marsel” cavab oyununa böyük maraq var.

Polemika.az xəbər verir ki, bu barədə məlumatı Qol.az-a Ağdam klubunun mətbuat xidməti verib.

Satışa çıxarılan 15 minə yaxın biletdən 8 mini satılıb. Güman edilir ki, oyun gününə qədər bütün biletlər satılacaq və matçda anşlaq olacaq.

Həmçinin, texniki problemlər səbəbindən dünən dayandırılan bilet satışı bu gündən bərpa olunub.

Xatırladaq ki, pandemiya ilə əlaqədar oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun tribunalarının yalnız 50 faizinə azarkeş buraxılır.

“Qarabağ” – “Marsel” oyunu fevralın 24-ü, saat 21:00-da başlanacaq. Bu komandaların ilk görüşündə Fransa təmsilçisi 3:1 hesabı ilə qələbə qazanıb.

"Qarabağ"-"Marsel" oyununa maraq: Biletlərin yarısı satılıb