“Qadın ərinin üzünə yaxşı baxsa, kişi evdən qaçmaz”

“Qadın ərinin üzünə yaxşı baxsa, kişi evdən qaçmaz”

“Qadın ərinin üzünə yaxşı baxsa, kişi evdən qaçmaz”

Axşam 6-dan sonra bütün kafe və restoranlara axını olur. Müştərilərin 90 faizini kişilər təşkil edir. Kafe və restoranlar kişilərin ən çox üz tutduğu məkan sayılır. Hətta buna görə bəzən qadınlar qınanılır. Bəzi adamlar hesab edir ki, kişiləri evdən qadınlar didərgin salır.

Maraqlıdır, kişilər niyə arvad-uşaqları ilə birlikdə şam etmirlər? Həqiqətənmi, qadınlar kişiləri evdə qaçırır?

Psixoloq Vüsalə Rüstəm Polemika.az-a açıqlamasında deyib ki, qadın ərinin üzünə yaxşı baxsa, kişi evdən qaçmaz:

“Əgər qadın onun üzünə yaxşı baxsa, dadlı yeməklər bişirsə, kişi evdən qaçmaz, restorana getməz. Bəlkə də kişi mənəvi rahatlıq tapmaq üçün restorana gedir.

Axşam saat 6-dan sonra kişilərin restorana toplanması çox zaman mental dəyərlərlərlə bağlı olur. Kişi sərbəst şəkildə evdən çıxa, istirahət edə, iş görüşməsinə gedə bilir. Qadınlarda ev, iş, ailə qayğılarına görə bu imkanlar çox geniş olmur. Son zamanlar qadınlar da mədəni istirahətə can atırlar. Amma bu mədəni istirahətin maraqlı tərəfləri var. Heç də biz düşündüyümüz kimi amerikalılara, avropalılara xas istirahəti deyil. Kişilər çox zaman qadının zəhlətökənliyindən bezib evə getmək vaxtını uzadırlar”.

Psixoloqun sözlərinə görə, bəzən ailədə bədxərclik sosial problemlərə gətirib çıxarır:

“Elə ailələr var ki, borc-xərcin içərisində itib batır, amma yenə də bədxərcliklərindən qalmır, qonşu qadınlarının “WhatsApp”-da paylaşdıqları şəkillərin təsiri ilə borc aldıqları pulla istirahəti edirlər.

Bədxərclik ailədə sosial problemlərə gətirib çıxarır. Kişi bir tərəfdə xərcləyir, qadın digər tərəfdə. Bu da sosial problemlər yaradır. Bununla yanaşı, kişi və qadın arasında soyuqluq yaranır, bir masa arxasında oturmaq tarixə qovuşur. Çox zaman bu boşanmalara qədər gedib çıxır. Gözdən uzaq olan könüldən də uzaq olur, soyuq münasibət ən ağır nəticələrə qədər gətirib çıxarır. Xoşbəxt o insandır ki, axşam sevinərək evə can atır. Ev, ailə mühiti onu sıxmır, məsuliyyətini başa düşür”.

V.Rüstəm qeyd edib ki, qadın və kişini evə cəlb edən gözəgörünməz enerji qarşı tərəfin daxili aləminin ona bəxş etdiyi rahatlıqdır :

“Qadın dadlı yemək bişirsə, kişi hər axşam evə gələcək, restorana getməyəcək? Təəssüf ki, dadlı yemək hər şeyi həll etmir. İstər qadını, istərsə də kişini evə cəlb edən gözəgörünməz enerji qarşı tərəfin daxili aləminin ona bəxş etdiyi rahatlıqdır. Əgər insan bu rahatlığı tapa bilmirsə, çətin evə getməyi düşünə... Xanımlarımız dadlı plov bişirməklə bərabər mütaliə etməyi, qayğı göstərməyi bacarmalıdırlar.Təsəvvür edin qadın yaxşı həkimdir, gözəl yeməklər bişirir, amma çox kobud və acıqlıdır. Belə hal nəyi dəyişə bilər. İstər qadın, istərsə də kişi daim öz intellekt səviyyəsini artırmalı, kamilləşməlidir”.

Nəzrin Vahid

“Qadın ərinin üzünə yaxşı baxsa, kişi evdən qaçmaz”