Putinlə Ərdoğan arasında telefon danışığı: Cənubi Qafqazı müzakirə etdilər

Putinlə Ərdoğan arasında telefon danışığı:

Putinlə Ərdoğan arasında telefon danışığı: Cənubi Qafqazı müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Polemika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Yeni il münasibətilə qarşılıqlı təbriklərdən sonra Putin və Ərdoğan ikitərəfli əməkdaşlığın əsas nəticələrinə yekun vurub, Rusiya ilə Türkiyə arasında qarşılıqlı faydalı tərəfdaşlığın daha da intensivləşdirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Söhbət zamanı beynəlxalq mövzulara, həmçinin, Cənubi Qafqazdakı vəziyyətə, Suriya və Liviya nizamlanmasına da toxunulub.

Liderlər şəxsi təmasları davam etdirmək barədə razılaşıblar.

Putinlə Ərdoğan arasında telefon danışığı: Cənubi Qafqazı müzakirə etdilər