Putinlə Makron Qarabağdan danışdı

Putinlə Makron Qarabağdan danışdı

Putinlə Makron Qarabağdan danışdı

Rusiya və Fransa prezidentləri dekabrın 21-də telefon söhbətində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından da danışıblar.

Vladimir Putinlə Emmanuel Makron regionda vəziyyətin sabitləşməsindən, dinc həyatın axarına düşməsi, təsərrüfat və nəqliyyat əlaqələrinin bərpası yönündə görülən işlərdən məmnunluq bildiriblər.

Bu məsələlərdə Rusiya və Fransanın birlikdə işlədiyi və gələcəkdə də işləyəcəyi vurğulanıb.

İki ölkə başçışı Ukrayna ətrafında vəziyyət daxil olmaqla bir sıra beynəlxalq məsələləri də müzakirə ediblər.

Putin elə həmin gün Müdafiə Nazirliyinin geniş kollegiya iclasında Rusiya sülhməramlılarının Dağlıq Qarabağda humanitar vəziyyəti yaxşılaşdırdığını vurğulayıb.

“Artıq bir ildən çoxdur ki, sülhməramlılarımız Dağlıq Qarabağda sabitliyin saxlanmasına kömək edirlər. Onların səyləri nəticəsində humanitar vəziyyət yaxşılaşıb, bir sıra rayonlarda ərazilər minalardan təmizlənib, tarix və mədəniyyət abidələri qorunub”, – Putin deyib.

Azərbaycan 2020-ci ildə 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarətini bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib. İctimaiyyətlə müzakirə edilmədən atılan bu addım ölkədə müstəqil və müxalifət dairələri tərəfindən tənqid olunub, ölkənin suverenliyinin pozulması kimi dəyərləndirilib.

Azərbaycanla Ermənistanın sərhədləri hələ də müəyyənləşdirilməyib.

Putinlə Makron Qarabağdan danışdı