Putinin nəhəng masası: Güc nümayişi, yoxsa paranoya?

Putinin nəhəng masası: Güc nümayişi, yoxsa paranoya?

Putinin nəhəng masası: Güc nümayişi, yoxsa paranoya?

Rusiya lideri xarici həmkarlari ilə görüşlərini beş metrlik masa arxasında keçirir,- The Gardian yazır.

Müəllifin fikrincə, interyerin bu əşyasında siyasət axtarmaq mütləq deyil, bu, sadəcə, koronavirusdan sığortalanmaq da ola bilər.

Hakimiyyət yetkililəri üçün  bəzək və mebel təəssürat yaratmaq, məftun etmək və qorxutmaq üçün əlavə imkandır.

"Taxt-tac oyununda" hakimiyyətin başlıca rəmzi məğlubiyyətə uğradılan düşmənlərin qılıncından təhsis edilən uca dəmir taxtdır. 

"Bondianda" (uydurulmuş kəşfiyyat agenti) canilər öz yuvalarını yırtıcı balıqların üzdüyü akvariumlarla bəzəyir.

Gerçək həyatda isə özünün ruhdan salacaq qədər nəhəng bəyaz masası olan Vladimir Putin var.

Rusiya lideri yüksək vəzifəli xarici qonaqlarını uzunluğu təxminən beş metr olan və üç ağır sütunlu nəhəng oval masa arxasında qəbul etməyə adətkar olub. Ortada isə içində güllər olan tənha güldan gözə çarpır.

Effektli mebelə gəldikdə isə, dünya liderləri arasında o, tənha deyil. Çimali Koreya rəhbərinin balaca kitabxanaya kifayət edəcək qədər kitab rəfləri var.

Çin lideri Si Tszinpin isə pandemiya zamanı Böyük Çin səddinin təsviri fonunda videozənglər keçirməyə aludə olub.

Liviyanın sabiq diktatoru Müəmmər Qəzzafi görüşlərini böyük və parlaq alaçıqda keçirirdi. Ola bilər ki, bu fəndlə o, diqqəti özünə cəlb etmək və özünün sadə beduin mənşəyinə eyham vururdu.

Qəzzafi öz alaçığı ilə bütün dünyanı gəzib dolaşıb, onu hətta meqapolislərdə, o cümlədən Romada Doria-Pamfildə və Nyu-York şəhərinin ətrafında Donald Trampın malikanəsində qururdu.

Malayziyanın sabiq baş naziri Mahathira Məhəmmədin də təəssürat yaradan və vahimə doğuran masası olan kabineti vardı, hərçənd bu, başqa səbəbdən idi, deyilənə görə, o, bu masanın altını nahardan sonra yatmaq məqsədilə istifadə edib.

Bəs Putinin masasının mənası nədir və belə məna, ümumiyyətlə, varmı?

Bazar ertəsi o, üçayaqlı nəhəng masası arxasında Emmanuel Makronu qəbul edib. Fransa prezidenti Moskvaya "qartal görünüşlə" Putinlə "gərgin" danışığa gəlib. 

Söhbət zamanı o, bəyan edib ki, Rusiya ilə Ukrayna arasında yaxınlaşmaqda olan müharibənin qarşısını almaq üçün "tarixi qərarı" axtaracaq.

Lakin ağ masa arxasında beş saatadək davam edən danışıqlardan sonra o, Putindən bircə güzəşt qopara bilmədi. Hətta belə gümanlar səsləndirilməyə başladı ki, masa Makronu özünə tabe etməyin və özünün fiziki cəhətdən ona sayğısızlığını nümayiş etdirməyin rəmzi idi. 

Lakin istisna edilmir ki, bu, sadə siyasi jest deyil. Və əgər hər hansı məna olsa belə, bu, ikincidərəcəlidir, axı, Putin üçün başlıcası koronavirusa yoluxmamaqdır.

Yanvarın əvvəlində Putin elə həmin masa arxasında Macarıstanın baş naziri Viktor Orbanı qəbul edib. Moskva bu görüşü liderlər arasında isti və dostcasına əlaqələrin sübutu kimi təqdim edib, hərçənd, onlar da diqqəti cəlb edən məsafədə əyləşiblər.

Buna çox bənzəyən masa hələ pandemiyadan əvvəl olub, amma o masanın arxasında bir neçə adam əyləşib. Bu gün Putin xarici liderləri açıq-aşkar özünə yaxın buraxmır. Hətta mətbuat konfranslarında kürsülər bir-birindən xeyli aralı qoyulur.

Məlumdur ki, 69 yaşlı Rusiya prezidentinin koronavirusa qarşı paranoyası var. Bütün pandemiya müddətini o, öz həmkarlarına tüpürərək "yuvasında" keçirib.

Rusiya lideri peyvənd alıb və təkrar peyvəndlənmədən keçib. Kreml əvvəlki kimi qonaqları Putinin yanına yalnız iki həftəlik karantindən sonra buraxır. Bu isə çoxsaylı narahatlıq yaradır. Məlumata görə, Moskvada iri bədii mərkəzin açılışından öncə mərkəzin direktoru və baş maliyyəçisi Putini qısa ziyarət etmək üçün iki həftə ərzində karantində olub.

Fəqət, bütün təhlükələrə rəğmən, bir nəfərlə Putin  üz-üzə gəlib. Pekində qış Olimpiya oyunlarının açılışında onlar Si Tszinpinlə kameralar qarşısında yan-yana dayanıb. Bu, onların Qərblə gərginlik fonunda sıx ittifaqının rəmzi idi.

Lakin danışıqlar tünd  rəngli ağacdan olan, Putinin masasından da nəhəng masa arxasında keçib.

Oliver Holms (Oliver Holmes)

Məqalə Moskvadan olan Endrü Rotun iştirakı ilə yazılıb.Moderator.az

Putinin nəhəng masası: Güc nümayişi, yoxsa paranoya?