Putin Paşinyanı Rusiyaya dəvət etdi

Putin Paşinyanı Rusiyaya dəvət etdi

Putin Paşinyanı Rusiyaya dəvət etdi

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.

Polemika.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Bu ilin aprelində qeyd olunan Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında diplomatik əlaqələrin 30-cu ildönümünü nəzərə alaraq, Vladimir Putin Nikol Paşinyanı ölkəmizə rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib”, - deyə məlumatda qeyd olunub.

 

Putin Paşinyanı Rusiyaya dəvət etdi