Putin öz adamlarından ehtiyat edir? – “Sui-qəsdə qarşı başqa tədbirlər də görülür”

Putin öz adamlarından ehtiyat edir? – “Sui-qəsdə qarşı başqa tədbirlər də görülür”

Putin öz adamlarından ehtiyat edir? – “Sui-qəsdə qarşı başqa tədbirlər də görülür”

Rusiya Prezidenti Vladimir Putin ötən gün Maliyyə naziri Anton Silunov və Milli Bankın sədri Elvira Nabibullina ilə olan görüşü də uzun masa arxasında olub. Öz hökumətinin üzvləri ilə dəbu qədər məsafə saxlaması,  fiziki olaraq onlardan gen dayanması Putinlə bağlı müəmmaları artırır. O, nədən ehtiyat edir? Bu psixoloji durumlardan asılıdır, yoxsa, bir ölkə liderinin müharibə zamanı gördüyü ehtiyat tədbiridir?

Qeyd üçün yada salaq ki, İkinci Qarabağ savaşı zamanı Azərbaycan Prezidenti İlham Əliyev 44 gün içində dəfələrlə xalqla yaxın ünsiyyətdə oldu, nə hökumət üzvləri, nə jurnalistlər, nə də əhali ilə bu qədər məsafə saxlamağa ehtiyac hiss etmədi. 

Bəs Putində nə baş verir?

Hərbi psixoloq Azad İsazadə Polemika.az-a açıqlamasında deyib ki, Putində ağır formada covid fobiyası mövcuddur: “Pandemiya başlandığı gündən bütün dünyada insanlar arasında covid fobiyası, yəni virus qorxusu faktı ilə rastlaşmışıq. Mənim fikrimcə, Putində də ağır formada covid fobiyası mövcuddur. O sadəcə yoluxmaqdan çəkinir. Bu psixoloji bir amildir”.

Psixoloqun sözlərinə görə, uzun masalar sırf qorxu ilə bağlıdır: “Amma bu, məntiqdən uzaqdır. Orada məntiqli bir hərəkət yoxdur.  Ümumiyyətlə fobiyalarda məntiq olmur. İnsan sadəcə qorxur, panik vəziyyətə düşür. Mənə elə gəlir ki, uzun masalar, insanlarla ünsiyyətdən çəkinmək sırf qorxu ilə əlaqəlidir”.

A. İsazadə qeyd edib ki, Putin uzaq məsafədə özünü psixoloji olaraq, daha komfort hiss edir: “Sui-qəsddən də qorxur. Lakin sui-qəsdə məsafə təsir etmir. Onu ayrı formada da edə bilərlər. Sui-qəsdə qarşı başqa tədbirlər görülür. Görünməyən təhlükəyə qarşı qorunur. Bundan öncə Lavrovla da, Şoyquyla da bu məsafədə görüşüb. Onlar sözsüz ki, müayinədən keçib görüşə çıxırlar. Lakin buna baxmayaraq, özünü uzaq məsafədə daha komfort hiss edir. Söhbət psixoloji komfortdan gedir”.

Nəzrin Vahid 

Putin öz adamlarından ehtiyat edir? – “Sui-qəsdə qarşı başqa tədbirlər də görülür”