Putin İlham Əliyevə təşəkkür etdi

Putin İlham Əliyevə təşəkkür etdi

Putin İlham Əliyevə təşəkkür etdi

“Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələr çoxşaxəlidir və bu, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün zəmin yaradır”.

Polemika.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Kremldə Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə bildirib.

"Bizim iqtisadi əlaqələrimiz kifayət qədər çoxşaxəlidir və bu, gələcək irəliləyiş üçün yaxşı zəmin yaradır. Biz həmçinin Azərbaycan üçün həssas və mənim fikrimcə, çox vacib humanitar məsələlərin həllinə, ilk növbədə rus dilini dəstəklədiyinizə və inkişaf etdirdiyinizə görə Sizə minnətdarıq.

Mən bilirəm ki, rus dili fəal şəkildə öyrənilir və populyardır, biz, əlbəttə ki, gələcəkdə bunu hər cür dəstəkləyəcəyik. Regional əlaqələr çox fəal inkişaf edir”, - deyə Putin bildirib.

Putin İlham Əliyevə təşəkkür etdi