Pul insanın ömrünü uzadır? - "Cibində siçanlar oynayan adamlar..."

Pul insanın ömrünü uzadır?

Pul insanın ömrünü uzadır? - "Cibində siçanlar oynayan adamlar..."

Var-dövlət, sərvət çox vaxt xoşbəxtlik açarı kimi göstərilir. Əksəriyyət hesab edir ki, pul insanı cavan saxlayır, hətta ömrünü uzadır. Yoxsulluq, maddi sıxıntılar isə erkən ölümün əsas səbəbidir. Bu fikirlər nə dərəcə də doğrudur? Pulun çoxluğu uzunömürlülüyə zəmanətdir, yoxsa insan psixologiyasında yanlış təəssürat?

Psixoloq Vəfa Rəşidova mövzu ilə bağlı fikirlərini Polemika.az-la bölüşüb. 

O, pulun xoşbəxtlik mənbəyi olmadığını bildirib:

“Yoxsulluq gözəldir”, həm də “yoxsulluğun insan psixologiyasına heç bir təsiri yoxdur” deyə bilmərik. Məsələyə bu cür yanaşma pafoslu danışıqdır. Amma müəyyən məqamlar var ki, pulun çatışmazlığı insanı stresə, gərginliyə sövq edir. Bir çoxu yoxsulluqdan depressiya yaşayır. Hətta istədiyi geyimi ala bilməyəndə bədbinliyə düşür. Bu hər zaman olacaq. Amma “Yoxsulluq insanı qocaldır” tezisi səhvdir. Bəziləri düşünür ki, pulu olsa, çox yaxşı yaşayıb, sağlam və uzunömürlü olacaq. Əslində, belə deyil.

Məsələ varlı və ya kasıb olmaq deyil. Əsas olan necə yaşaya bilməkdir. Yoxsul da, varlı da düzgün şəkildə yaşamağı bacarırsa, həqiqətən, sağlam və uzun ömürlü ola bilər.

Belə düşünən insanların ümumiyyətlə, həyat eşqi olmur, buna görə də, tez-tez xəstələnir və tez qocalır. Odur ki, hər şeyi pula bağlayan insanları sadəcə əhəmiyyət verməyin. O qədər cibində siçanlar oynayan, maddi durumu çətin olan, halından məmnun insan var ki. Çünki daxilən xoşbəxtdir”.

Psixoloq, eyni zamnad, insanların pula ifrat həris olduğu bir dövrdə yaşadığımızı qeyd edib:

“İnsanlar pulun əsiri olub. Beyin və bütün hisslər, duyğular sadəcə bir tərəfə yönəlib, yəni pula. Bu cür insanlar heç vaxt istədiyi kimi həyat yaşaya bilmir. Çünki sağlam düşüncədə deyillər.

Unutmamalıyıq ki, insanın düşüncəsi onu qocalda da bilər cavanlaşdırada bilər.

Pul insana sadəcə müəyyən təkan verir, amma xoşbəxt etmir”.

Mehri QURBAN

Pul insanın ömrünü uzadır? - "Cibində siçanlar oynayan adamlar..."