Psixoloq Samirə əsas suala cavab verdi: "Vladimir Putin yeni Adolf Hitlerdir?"

Psixoloq Samirə əsas suala cavab verdi: "Vladimir Putin yeni Adolf Hitlerdir?"

Psixoloq Samirə əsas suala cavab verdi: "Vladimir Putin yeni Adolf Hitlerdir?"

"Vladimir Putin Adolf Hitler deyil, lakin Ukraynaya müdaxiləsinə görə onu Hitlerlə müqayisə edənlər də az deyil".

Bunu Polemika.az-a psixoloq Samirə Bağırova bildirib.

O, Rusiya prezidenti Vladimir Putinin Ukrayanada müharibəyə başlamaqla bütün davranış və qərarlarının psixoloji tərəfini şərh edib:

“Hitler adı gələndə hər kəsdə soyuqqanlı, qəddar şəxsiyyət canlanır. Tarixi mənbələrdən məlumdur ki, Hitlerin atası yəhudi olsa da özü yəhudilərə nifrət edirdi və bu ciddi sual doğurur. Eləcə də uşaqlıq illərində təhsilində çox zəif olması, rəsm çəkməyi sevsə də, rəssamlığa qəbul ola bilməməsi, bir neçə dəfə rədd cavabı alması uşaqlığının və yeniyetməlik həyatında uğursuz, asosial biri olması qeyd olunur. Şəxsi həyatı, evliliyinə də uğurlu demək olmazdı.

Putinə gəldikdə, uşaqlıq və yeniyetməlik həyatı yalnız öz dilindən qeydə alınıb. Nə qədər doğru olması şübhə yaradır. Müxbirlər anası ilə görüşüb müsahibə almaq istədikdə qadağan olunub. Qeyd olunan məlumat özünün danışdığı qədərdir. Şəxsi ailə həyatı da bəllidir”.

Samirə Bağırovanın sözlərinə görə, uşaqlıq və yeniyetməlikdə bəzi insanlarda narsistlik yaranır:

“Psixoloji baxımdan insanlar yaşlandıqca uşaqlıda, yeniyetməlik və ya gənclik illərində yaşadıqları travmaları şüuraltına təsir edir. İnsanın davranışında narsistlik, qəddarlıq, soyuqqanlılıq sezilməyə başlayır. Onlar, adətən, təkliyə üstünlük verir və heç bir duyğulu asılılığın yoxluğu ilə daha güclü olduqlarını sübut etməyə çalışırlar.

Əslində, daha güclü olmaq, cəmiyyətə gücü sübut etmək zəiflik göstəricisidir. Mənəvi dəyərlər, ailə dəyərləri, duyğular olmadıqda şəxsi prinsiplər önə keçir, insan təhlükəli varlığa çevrilir. Cəmiyyət deyil yalnız özü, öz prinsipləri önəmli olur. Qısası, "mənəm mənəmliyin" köləsi olur və bu insanlar zamanla təcavüzkar, davakar və s. neqativ davranışlar nümayiş etdirir.

Hər aqressiyanın kökündə isə sevgiyə ehtiyac, yalnızlıq hissi yatır.

Ümumiləşdirsək, "Sirkə nə qədər tünd olsa, öz qabını sındırar" məsəlini zamanında Hitlerə, bu gün isə Vladimir Putinə aid etmək olar”.

Əsmətxanım

Psixoloq Samirə əsas suala cavab verdi: "Vladimir Putin yeni Adolf Hitlerdir?"