Zelenski Baydenlə son söhbətindən danışdı

Zelenski Baydenlə son söhbətindən danışdı

Zelenski Baydenlə son söhbətindən danışdı

Ukrayna prezidenti Vladimir Zelenski Co Baydenlə Rusiyaya müharibəni dayandırmaq və sülhün bərqərar olması üçün başqa necə təzyiq göstərəcəyini müzakirə edib.

Polemika.az UNIAN-a istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində bildirib.

“Rusiya G7 ölkələri ilə normal ticarət imkanından məhrum olacaq. Rusiya biznesi nə qədər az dollar qazansa, Rusiya dövləti nə qədər az vergi yığsa, Rusiya ordusunun xalqımızı öldürmək imkanları bir o qədər az olacaq”, - deyə Ukrayna prezidenti qeyd edib.

O vurğulayıb ki, aparıcı beynəlxalq şirkətlər artıq Rusiya bazarını tərk edirlər. "Rusiya hakimiyyəti ölkələrini qlobal dünyadan kənara qoyub, bizə qarşı müharibəyə başlayıb, bu işğala başlayıb, bu, özünü bağlamaq, özünü alçaltmaq və özünü məhv etməkdir”.

Zelenski qeyd edib ki, Moskva valyutadəyişmə məntəqələrində dolların məzənnəsi artıq hətta 200 rubla çatıb.

“Ancaq bu, yalnız başlanğıcdır. Beynəlxalq sanksiyaların başlanması. Növbəti addım ABŞ-ın Rusiyaya dollar gətirməsini ümumiyyətlə qadağan etməkdir. Deməli, valyuta qıtlığı yaranacaq. Bu o deməkdir ki, məzənnə daha da yüksələcək. Bu o deməkdir ki, qiymətlər qalxacaq. Bu o deməkdir ki, hər bir Rusiya vətəndaşı sülhün olmamasının şəxsən onun üçün təhlükə olduğunu hiss edəcək”, - deyə Ukrayna prezidenti vurğulayıb.

Zelenski Baydenlə son söhbətindən danışdı