Proporsional seçki sistemi: Partiyalar bu formatda seçkiyə hazırdır?

Proporsional seçki sistemi: Partiyalar bu formatda seçkiyə hazırdır?

Proporsional seçki sistemi: Partiyalar bu formatda seçkiyə hazırdır?

Sabiq millət vəkili, YAP üzvü Çingiz Qənizadə proporsional seçki sisteminin bərpa olunası ilə bağlı fikirlər səsləndirib. Onun sözlərinə görə, proporsional seçki sisteminin bərpası ilə yanaşı, Mill Məclisdə deputatların sayı da artırılmalıdır.

Siyasi partiyalar proporsional seçki sisteminin bərpsına hazırdırmı?

Həmin bu partiyalarda namizədliyini irəli sürə biləcək insanlar mövcuddur?

Polemika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə qeyd edib ki, majoritar və ya proporsional sistemlər partiyası üçün fərq etmir.

“Mənə elə gəlir ki, deputatların sayı kafidir. Eləcə də, proporsional sistemlə majoritar sistem demək olar ki, eynidir. Sistemin dəyişilməsində heç bir məna yoxdur. Əgər proporsional seçki sistemi olsa, partiyamdan layiq bildiyim kəslər, sözsüz ki, namizəd olacaq”, - deyə o qeyd edib.

Digər keçmiş deputat, Ümid Partiyasının sədri İqbal Ağazadə isə bu barədə şərh bildirməyib:

“Mən ayrı-ayrı ictimai siyasi adamların fikirinə münasibət bildirmək istəmirəm. Çünki hər kəs öz mövqeyini ifadə edir. Ümid Partiyasının fikri bununla bağlı əvvəldən açıqlanıb. Amma əgər Çingiz Qənizdə və ya başqası bunu deyibsə, hesab edirəm bu, onun şəxsi fikiridir”.

Rafi MÜSLÜMOV

 

Proporsional seçki sistemi: Partiyalar bu formatda seçkiyə hazırdır?