“Yaxşı olar ki, Əli İnsanov evində oturub nəvələri ilə vaxt keçirsin” – YAP-dan təpki

“Yaxşı olar ki, Əli İnsanov evində oturub nəvələri ilə vaxt keçirsin” – YAP-dan təpki

“Yaxşı olar ki, Əli İnsanov evində oturub nəvələri ilə vaxt keçirsin” – YAP-dan təpki

“Ümumiyyətlə, Əli İnsanov çox ziddiyətli bir şəxsiyyətdir. Hakim partiyadakı fəaliyyəti dövründə uzun müddət əsas simalardna biri olub, hətta hakim partiyanın züvü kimi səhiyyə naziri vəzifəsinə də təyin olunub. İndi, ahıl yaşında isə özünün əvvəlki mövqeyinə zidd olan bir mövqe tutub və özünü müxalifətin əsas simalarından biri olaraq təqdim edir”.

Bu sözləri Polemika.az-a açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, Milli Məclisin deputatı Elman Nəsirov deyib.

“Bu gün o, Qərb yönümlü siyasəti müdafiə edir, Azərbaycan-NATO əlaqələrindən danışır, anti-Rusiya mövqeyindən çıxış edir. Bu insanın timsalında ikiləşmənin şahidi oluruq. Adam fikirləşir ki, insanın bu qədər dəyişməsi necə ola bilər? Hətta bu insan Azərbaycan iqtidarının, ölkə prezidenti Cənab İlham Əliyevin rəhbərliyi altında bizim ordumuzun qazandığı şanlı qələbəyə belə kölgə salır. Bu qələbədə dövlət başçısının rolunu kiçiltməyə çalışır və qələbəmizin əldə edilməsində obyektiv səbəblərin deyil də, subyektiv səbəblərin axtarışına çıxır. Deyir ki, biz ümumiyyətlə, qələbə qazanmamışıq. Qələbə qazanmamışıq, çünki Xankəndi bu gün Azərbaycanın nəzarətində deyil...” - deyə Elman Nəsirov vurğulayıb.

Deputat əlavə edib: “Əli İnsanovun məntiqi ilə Azərbaycan Vətən müharibəsində heç də qələbə qazanmayıb. Bütün bunların hamısı görən Azərbaycan xalqı sizcə, onun haqqında nə düşünə bilər? Xalqın gözü tərəzidir və artıq elə siyasətçilər var ki, onlar yaşlarının bu çağında danışmasalar daha yaxşıdır. Onlar evdə oturub nəvə-nəticələri ilə vaxt keçirsinlər. Çünki bu danışıq nəticə etibari ilə həmin insanları xalqın gözündən lap aşağı salır”.

Rafi Müslümov

“Yaxşı olar ki, Əli İnsanov evində oturub nəvələri ilə vaxt keçirsin” – YAP-dan təpki