Professordan nazirə çağırış: Distant təhsil bərpa edilsin!

Professordan nazirə çağırış: Distant təhsil bərpa edilsin!

Professordan nazirə çağırış: Distant təhsil bərpa edilsin!

Azərbaycanda koronavirusa yoluxma sayı hər keçən gün daha da artır. Gündəlik yoluxma hallarının 7000-i keçdiyi bir məqamda tədris prosesinin yenidən distant rejimə qaytarılması məsələsi gündəmə gəlib. 

Xəstəliyin sürətlə yayılması valideynləri ciddi şəkildə narahat edir. Onlar övladlarını məktəbə göndərmək istəmədiklərini bildirərək, təhsil ocaqlarının müvəqqəti bağlanmasını, tədrisin distant formaya keçməsini tələb edirlər.

Distant təhsilə qayıtmağın tərəfdarlarından biri də, sabiq deputat, tanınmış təhsil eksperti, professor Şahlar Əsgərovdur. Professor Modern.az-a açıqlamasında şagird və tələbələrin, həmçinin təhsil işçilərinin sağlamlığının önəmli olduğunu vurğulayıb.

“Təhsil bəşəri dəyərdir. Sağlamlıq da dəyərdir, milli dəyərdir. Hazırda biz bu ikisi arasında seçim etmək məcburiyyəti ilə üz-üzəyik. Mən sağlamlığı qorumağın tərəfdarıyam. Pandemiya belə amansız davrandığı müddətcə, gənclərimizi, uşaqlarımızı qorumalıyıq. Bir müddətlik orta məktəblər də, ali məktəblər də onlayn tədrisə qayıtsa, daha yaxşıdır. Mən Təhsil Nazirliyini bu barədə tədbir görməyə çağırıram”, - deyə ekspert təkliflə çıxış edib.

Professordan nazirə çağırış: Distant təhsil bərpa edilsin!