Prezident yenə məscidlərin dağıdılmasından danışdı: "Müsəlman ölkələrinin liderləri qarşısında..."

Prezident yenə məscidlərin dağıdılmasından danışdı:

Prezident yenə məscidlərin dağıdılmasından danışdı: "Müsəlman ölkələrinin liderləri qarşısında..."

Azərbaycan Prezidenti İlham Əliyev dünən İƏT-in Aşqabadda keçirilən sammitində ermənilərin Qarabağda törətdiyi vandalizmi növbəti dəfə ifşa edib.

Polemika.az xəbər verir ki, prezident çıxışında bu məsələyə xüsusi diqqət ayırıb:

“İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır”.

Prezidentin bütün beynəlxalq görüşlərdə bu məsələni qabartmasını, dilə gətirməsi ermənilərin ifşa prosesini daha da sürətləndirir.

Milli Məclisin deputat Ceyhun Məmmədov Polemika.az-a açıqlamasında deyib ki, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılması xüsusi önəm daşıyır:

“Cənab prezident bütün beynəlxalq platformalarda, tədbirlərdə ermənilərin Qarabağda törətdikləri vəhşiliklərdən geniş bəhs edir. Bu vəhşiliklərin miqyası kifayət qədər böyükdür, dünya ictimaiyyətinə çatdırılması xüsusi önəm daşıyır. Birinci qeyd etmək lazımdır ki, bu təşkilatın üzvləri əsasən müsəlman ölkələri idi. Ermənilər də çalışır ki, bu ölkələrlə əlaqə saxlasınlar. Bu baxımdan vəhşilikləri təbliğ etməli, dünya ictimaiyyətinə çatdırmalıyıq”.

Deputatın sözlərinə görə, bu cür addımlar Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına ciddi töhfəsini verəcək:

“Bu gün bizim qarşımızda duran əsas missiya ondan ibarətdir ki, bu vəhşilikləri dünya ictimaiyyətinə çatdıraq. Adətən ermənilər özlərini məzlum, zülm olunmuş millət kimi tanıtmağa çalışırlar. Bunlar bir daha onu göstərir ki, ermənilər düzgün yolda deyillər. Zülmə məruz qalan məhz Azərbaycan xalqıdır. Əsrlər boyu Ermənistan bu bölgədə xalqların başına oyunlar açıb.

Prezidentin bu məsələni qaldırması xüsusi önəm daşıyır. Tədbirlərdə dünya liderləri iştirak edir. Həmin ölkə rəhbələrinin məlumatlandırılması, Azərbaycan həqiqətləri ilə tanış olması ermənilərin törətdikləri vəhşiliklər barədə məlumat əldə etməsi hesab edirəm ki, çox önəm daşıyır. Elə tədbir yoxdur ki, prezident Azərbaycan həqiqətlərini təbliğ etməsin”.

Nəzrin Vahid 

 

 

Prezident yenə məscidlərin dağıdılmasından danışdı: "Müsəlman ölkələrinin liderləri qarşısında..."