Polisi açıq havada maska ilə gəzməyə kim vadar edir? - DİN-dən açıqlama

Polisi açıq havada maska ilə gəzməyə kim vadar edir?

Polisi açıq havada maska ilə gəzməyə kim vadar edir? - DİN-dən açıqlama

Azərbaycanda açıq havada tibbi maska taxma təxminən 8 aydır ləğv olunub. Lakin paytaxt və kənd rayonlarında polis əməkdaşlarının açıq havada maska taxması hər gün müşahidə olunur. DİN əməkdaşlarının bu halda fəaliyyəti sual doğurur: bu kimin göstərişidir və nəyə əsaslanır?

Polemika.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat katibi Elşad Hacıyev polis əməkdaşlarının tibbi maskadan istifadəyə üstünlük verməli olduqlarını bildirib:

“Nazirlik əməkdaşları açıq və qapalı məkanlarda xidmət etdikləri üçün gündəlik olaraq müxtəlif insanlarla ünsiyyətdə olur. Buna görə də, onların sağlamlığı diqqət mərkəzində saxlanılmalıdır. 

Nəzərə alaq ki, bu gün ictimai yerlərdə aktiv koronavirus xəstələri var və polislər həmin şəxslərin axtarılıb-tapılması, ünvanlarına qaytarılması istiqamətində tədbirlər həyata keçirirlər. Odur ki, DİN əməkdaşlarına tövsiyə edilib ki, tibbi maskadan istifadəyə üstünlük versinlər”. 

Xatırladaq ki, açıq havada maska taxma tələbi Azərbaycanda 31 may 2021-ci ildən ləğv edilib.

 

Polisi açıq havada maska ilə gəzməyə kim vadar edir? - DİN-dən açıqlama