“Hökumət kütləvi etirazlarla üzləşəcək” - İranlı millət vəkili

“Hökumət kütləvi etirazlarla üzləşəcək” - İranlı millət vəkili

“Hökumət kütləvi etirazlarla üzləşəcək” - İranlı millət vəkili

Qərbi Azərbaycan vilayətinin İran parlamentindəki təmsilçisi hökumətin iqtisadi siyasətini tənqid edib.

“Polemika.az” xəbər verir ki, "Azad iran" Telegram kanalının xəbərinə görə, Cəlal Mahmudzadə bu barədə deyib: "Vergilərin 64% artırılması, çörək və dərman, habelə heyvan yemlərinə verilən dövlət subsidiyalarının ləğv edilməsi xalqın güzəranını daha da pisləşdirəcək. Hökumət aylıq maaşları cəmi 10% artırıb ki, bu da çox azdır".

O, daha sonra bildirib: "Ölkənin ümumi xərcləri və tikinti-quruculuq işləri üçün ayrılan büdcə 26% artırılıb. Ancaq 40%-lik inflyasiya qarşısında əslində bu büdcə azalmış olur. Hökumət habelə meşə və otlaq yanğınlarının söndürülməsi, mal-qaraya qarşı zərərvericilər və ümumi xəstəliklərlə mübarizə kimi bir sıra mühüm layihələrin maliyyəsini də dayandırıb".

"Qanuna görə, neft gəlirlərinin 40%-i Milli İnkişaf Fonduna təhvil verilməlidir. Lakin hökumət bunun da 20%-ni dayandırıb. Gəlirləri də düzgün qiymətləndirməyib. Misal olaraq, neftin satış həcmini gündəlik 1 milyon 200 min barel olaraq müəyyənləşdirib. Bu isə indiki vəziyyətdə qətiyyən mümkün deyil", - deyə parlamentin Kənd Təsərrüfatı və Əkinçilik Komissiyasının üzvü əlavə edib.

 

“Hökumət kütləvi etirazlarla üzləşəcək” - İranlı millət vəkili