Polis “şirinlik” alanı deyil, verəni axtarır - Açıqlama

Polis “şirinlik” alanı deyil, verəni axtarır - Açıqlama

Polis “şirinlik” alanı deyil, verəni axtarır - Açıqlama

Ötən gün Qaradağ rayonu Puta qəsəbəsində yol polisi əməkdaşının yük avtomobillərinin sürücülərindən “şirinlik” almasına dair yayılan görüntülərlə bağlı araşdırma başlanılıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polkovnik-leytenant Namidan Piriyev məlumat verib. 

O bildirib ki, sosial şəbəkələrdə yayılan gorüntülərlə bağlı artıq xidməti yoxlama başlanılıb:

“Sürücülərin müəyyən olunması və məsələyə hüquqi qiymət verilməsi üçün araşdırma aparılır”.

Qeyd edək ki, ötən gün yük avtomobillərindən “şirinlik” alan yol polisinin ifşa edildiyinə dair video yayılıb. Belə ki, sürücülərin 99 YP 258 dövlət nömrə nişanlı yol polisi avtomobili ilə “görüş”ü paytaxtın Qaradağ rayonu Puta qəsəbəsində qeydə alınıb. 

Polis “şirinlik” alanı deyil, verəni axtarır - Açıqlama