Pişiyinə işgəncə veən futbolçu həbs oluna bilər

Pişiyinə işgəncə veən futbolçu həbs oluna bilər

Pişiyinə işgəncə veən futbolçu həbs oluna bilər

“Vest Hem”in mərkəz müdafiəçisi Kurt Zuma həbs oluna bilər.

Polemika.az "Qol"a istinadla xəbər verir ki, buna fransalı futbolçunu öz pişiyinə işgəncə verməsi səbəb olub. O, pişiyini təpikləyib, onun  üzərinə ayaqqabı tullayıb. Həmin anların videosunu oyunçunun qardaşı çəkib. Video sosial şəbəkədə narazılıqla qarşılanıb. 

Zuma etdiyi hərəkətə görə üzr istəyib. Lakin müdafiəçinin həbs olunma ehtimalı var.

27 yaşlı fransız futbolçu pişiyinə evdə qarışıqlığa səbəb olduğu üçün qəzəbləndiyini söyləyib: "Davranışıma görə çox üzr istəyirəm. Hər kəsi əmin edə bilərəm ki, evimizdəki hər iki pişik sağlamdır".

Qeyd edək ki, ötən ilin yayında Böyük Britaniya parlamentində qəbul edilən qanuna əsasən, heyvanlara işgəncə verənlərə tətbiq olunan cəza 5 ilə qədər artırılıb. Əvvəllər heyvanlara əziyyət verənlərə 6 ay cəza kəsilirdi.

Pişiyinə işgəncə veən futbolçu həbs oluna bilər