"Paşinyan Türkiyə ilə bərabərhüquqlu danışmağa hazır deyil" - Raffi Ovannisyan

"Paşinyan Türkiyə ilə bərabərhüquqlu danışmağa hazır deyil" - Raffi Ovannisyan

"Paşinyan Türkiyə ilə bərabərhüquqlu danışmağa hazır deyil" - Raffi Ovannisyan

“Paşinyaqn hökuməti Türkiyə ilə bərabərhüquqlu danışmağa hazır deyil”.

Polemika.az “Past”a istinadla xəbər verir ki, bu sözləri Ermənistanın birinci Xarici İşlər naziri, 2008-ci ilin mart etiraz aksiyalarında Sarkisyan rejiminə qarşı fəallığı ilə seçilən Raffi Ovannisyan bildirib.

O, hazırki Paşinyan iqtidarını da tənqid etməkdən vaz keçməyib:

“Bugünkü hökumət Türkiyə ilə bərabərhüquqlu danışmağa hazır deyil. Əgər biz ilkin şərt qoymadan diplomatik əlaqələr qurmaq istəyiriksə, indi Türkiyə özü bağladığı sərhədi açmalı və diplomatik nota mübadiləsi yolu ilə diplomatik əlaqələr qurmalıdır. Son qalan ünsiyyət olur”.

“Son iki ayda onlayn mətbuat konfransları vasitəsilə eşitdiklərimiz göstərir ki, hazırkı Baş nazir, eləcə də, hakimiyyətin xarici siyasəti, “Artsax” məsələsini və Türkiyə-Ermənistan münasibətlərini bilmir. Onlar artıq ölkəmizi təmsil etməkdən imtina ediblər”, - deyə o qeyd edib.

"Paşinyan Türkiyə ilə bərabərhüquqlu danışmağa hazır deyil" - Raffi Ovannisyan