Peskov: "İranla sazişdə Rusiyaya qarşı sanksiyalar nəzərə alınmalıdır"

Peskov: "İranla sazişdə Rusiyaya qarşı sanksiyalar nəzərə alınmalıdır"

Peskov: "İranla sazişdə Rusiyaya qarşı sanksiyalar nəzərə alınmalıdır"

"Rusiya hesab edir ki, indi İranın nüvə sazişi kontekstində Moskvaya qarşı tətbiq edilən sanksiyaları nəzərə almaq lazımdır".

Polemika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Fakt budur ki, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar bu sövdələşmənin davam etdirilməsi kontekstində birbaşa ölkəmizin maraqlarına toxunur, ona görə də bu sanksiyalar nəzərə alınmalıdır. Bu, kənarda qala bilməyən yeni cəhətdir. Söylədiyim Rusiya Federasiyasının mövqeyidir. Bu, ABŞ-a yaxşı məlumdur”, - deyə Peskov İranın nüvə sazişini və Rusiyaya qarşı beynəlxalq sanksiyaları ayırmağın mümkün olub-olmadığı sualına cavab verib.

Peskov əlavə edib:

"Bilirsiniz ki, bu mövzu, deyək ki, qapalıdır. Biz problemi bildiririk, lakin Birgə Kompleks Fəaliyyət Planı (JCPOA) ilə bağlı hər şeydə, əlbəttə, biz tamamilə açıq ola bilmərik. Amma danışıları davam etdirmək üçün mövzu var. Söhbəti davam etdiririk. Bu, bizim üçün çox önəmlidir”.

Peskov: "İranla sazişdə Rusiyaya qarşı sanksiyalar nəzərə alınmalıdır"