Pensiyaçılar fevralda 50 manatlıq yardımı da alacaq

Pensiyaçılar fevralda 50 manatlıq yardımı da alacaq

Pensiyaçılar fevralda 50 manatlıq yardımı da alacaq

"Prezidentin sərəncamı ilə pensiyaçılar yanvar və fevral artımlarını, eyni zamanda, I rüb üçün nəzərdə tutulmuş 50 manat yardımı bu ay alacaqlar".

Polemika.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib.

O qeyd edib ki, növbəti aylarda pensiyaçılar 50 manat yardımı hər rübün birinci ayında ala biləcəklər:

"Sığorta prinsipi ilə pensiya alanlara sərəncamla 2022-ci il üzrə 200 manat maddi yardım da veriləcək. Bu maddi yardım rüblər üzrə bölünəcək".

Pensiyaçılar fevralda 50 manatlıq yardımı da alacaq