"Pedofillərin davranışı fərqli olur" - Psixoloq

"Pedofillərin davranışı fərqli olur" - Psixoloq

"Pedofillərin davranışı fərqli olur" - Psixoloq

“Yaşca kiçik insanlara cinsi istəyin olması pedofillikdir”.

Bunu Polemika.az-a açıqlamasında psixoloq Elnur Rüstəmov deyib.

O, Gəncədə 62 yaşlı kişinin 17 yaşlı qızı zorlaması xəbərini şərh edib:

“Pedofiliyanın görünən və görünməyən formaları var. Bu cür insanların, adətən, ünsiyyəti, davranışı da fərqli olur”.

Psixoloqun sözlərinə görə, pedofilllər, əsasən, ailədə zorakılığa məruz qalanlardır:

“Bu zorakılığa görə onlarda psixoloji pozuntu olur. Belə hallara qarşı yaxşı olardı ki, cinsi maariflənmə işi aparılsın. O zaman yeniyetmələri bu cür təhlükələrdən qoruya bilərik.

Eyni zamanda, o bədəməl kişinin uşaqları, nəvələri var. Onlar da sarsıntı yaşayıblar. Düşünürəm ki, psixoloji maarifləndirmə işini aparmaqla bu cür hadisələrdən müəyyən qədər sığortalanmaq olar”.

Nəzrin Vahid

 

"Pedofillərin davranışı fərqli olur" - Psixoloq