Paytaxtın bəzi yollarında məhdudiyyət olacaq

Paytaxtın bəzi yollarında məhdudiyyət olacaq

Paytaxtın bəzi yollarında məhdudiyyət olacaq

Bu gün 12:00-dan axşam saatlarına qədər paytaxtın əsas prospektlərindən birində hərəkət məhdudlaşdırılacaq. 

Polemika.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidməti məlumat yayıb.

Rəsmi məlumata görə, Ziya Bünyadov prospektinin “Koroğlu” qovşağından “20 Yanvar” dairəsi istiqamətində olan hissəsində yerləşən 1-ci tunelə giriş bağlanacaq. 

Səbəb olaraq ərazidə aparılan işıqlandırma sistemlərinin təmiri göstərilir.

“Yarana biləcək müvəqqəti narahatlığa görə üzr istəyirik”, - deyə qurum qeyd edib.

Paytaxtın bəzi yollarında məhdudiyyət olacaq