Paşinyanın bəyanatlarından sonra Qarabağdan köçən ermənilərin sayı kəskin artıb - Erməni KİV

Paşinyanın bəyanatlarından sonra Qarabağdan köçən ermənilərin sayı kəskin artıb - Erməni KİV

Paşinyanın bəyanatlarından sonra Qarabağdan köçən ermənilərin sayı kəskin artıb - Erməni KİV

Paşinyanın bəyanatlarından sonra Qarabağdan köçən ermənilərin sayı kəskin artıb.

Polemika.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin yazdığına görə, baş nazirin bəyanatlarından sonra Qarabağda yaşayan ermənilər Ermənistanın onlardan imtina etməsindən narahat olublar və hesab edirlər ki, Paşinyan Qarabağ üzrə danışıqlardan imtina etmək üçün zəmin hazırlayır.

“Qarabağdan bizə məlumat verdilər ki, Nikol Paşinyanın mətbuat konfransından sonra mühacirət etmək istəyənlərin sayı kəskin artıb, hətta Qarabağı heç vaxt tərk etməyəcəyini deyənlər də indi getmək barədə düşünürlər", - deyə "Hraparak" qəzetindəki məlumatda deyilir.

Həmçinin bildirilib ki, Qarabağ erməniləri özləri orada qalsa belə, ailələrini çıxarmaq istəyirlər:

"Deyirlər ki, Paşinyan Qarabağı birdəfəlik təslim etmək qərarına gəlib və bu halda Qarabağda qalan ermənilərin taleyinin necə olacağı məlum deyil. Biz heç olmasa uşaqlarımızı buradan çıxaracağıq ki, onlar xilas olsunlar”, - deyə erməni KİV yazır.

 

Paşinyanın bəyanatlarından sonra Qarabağdan köçən ermənilərin sayı kəskin artıb - Erməni KİV