“Paşinyanı satqın adlandıraraq zəiflətməyə çalışırlar” – Metyu Brayza

“Paşinyanı satqın adlandıraraq zəiflətməyə çalışırlar” – Metyu Brayza

“Paşinyanı satqın adlandıraraq zəiflətməyə çalışırlar” – Metyu Brayza

“Türkiyənin vitse-prezidenti Fuat Oktayın mart ayında Antalya Diplomatiya Forumuna göndərdiyi dəvətlə bağlı Ermənistanın baş naziri Paşinyanın hansı qərarı verəcəyi bəlli deyil ”.

Bu sözləri Polemika.az-a açıqlamasında ABŞ-ın Azərbaycandakı sabiq səfiri Metyu Brayza deyib. Amerikalı mütəxəssis Ermənistanın Baş naziri Nikol Paşinyanın Antalya Diploamtik Forumuna getməməsi barədə sələnən fikirlərə şərh verib:

“Mən, sadəcə xarici müşahidəçiyəm və Ermənistanın Baş nazirinin nə qərar verəcəyini bilmirəm. Lakin Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyanın bu cür dəvətləri müzakirə etməyin vaxtı olmadığını deməsi, Ermənistanda hələ də həddindən artıq müxalifətin olduğunu deməyə əsas verir. Hökumət və onun siyasi sistemi Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır görünür, bu, sirr deyil. Biz çoxdan bilirik ki, Baş nazir Nikol Paşinyan Ermənistanla Türkiyə və Ermənistanla Azərbaycan arasında nəqliyyat əlaqələrini yenidən açmaq istəyir. Aydındır ki, o, Azərbaycanla beynəlxalq sərhədin delimitasiya və demarkasiyası ilə bağlı razılığa gəlmək istəyir”.

M.Brayza Paşinyana erməni müxalifəti tərəfindən olan təzyiqləri vurğulayaraq deyib:

“Baş nazir Paşinyan 11 yanvar 2021-ci il tarixli razılaşmada Ermənistan, Azərbaycan və Rusiyanın prioritet infrastruktur layihələrinin işlənib hazırlanması üçün birgə çalışacağını bildirərək, nəqliyyat və digər iqtisadi əməkdaşlıq layihələrini inkişaf etdirmək istəyir. 

Lakin bu da aydındır ki, Ermənistanın Baş nazir Paşinyanın siyasi opponentləri, xüsusən də tez-tez “Qarabağ klanı” adlandırılanlar arasında Paşinyanın erməni vətənpərvər olmadığını, Azərbaycan və Türkiyə ilə mübarizəni davam etdirmədiyinə görə, onu satqın adlandıraraq, Baş naziri zəiflətməyə və yenidən hakimiyyəti ələ almağa çalışırlar”.

“Hesab edirəm ki, müxalifətin bu nöqteyi-nəzəri erməni ictimaiyyətində öz dəstəyini itirib. Düşünürəm ki, getdikcə daha çox erməni öz ölkələrinin Türkiyə ilə, nəhayət, Azərbaycanla normal diplomatik münasibətləri bərpa etməsini, həmçinin danışıqlar yolu ilə Azərbaycanla sülh razılaşması əldə etməsini istəyir. Deməli, Ermənistan siyasətində mübarizə gedir. Amma düşünürəm ki, Ermənistanın həm Türkiyə, həm də Azərbaycanla münasibətlərini yaxşılaşdırmaq istəyən qüvvələr getdikcə güclənir.

Keçən ilin iyununda Ermənistanda keçirilən parlament seçkilərində biz Baş nazir Paşinyanın qələbəsi, onun müxalifətdən daha çox irəliyə doğru getməsi və Ermənistanın normal vasitələrlə regional iqtisadiyyata yenidən inteqrasiyası üçün güclü qələbənin və seçki itkisinin şahidi olduq. Bu, istər Türkiyə ilə, istərsə də, Azərbaycanla münasibətlərdə özünü göstərib. Ancaq bu bir qədər vaxt aparan proses olacaq” – deyə müsahibimiz yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

“Paşinyanı satqın adlandıraraq zəiflətməyə çalışırlar” – Metyu Brayza