Elnarə Lalə Məmmədovanı tənqid etdi: "Mən elə geyinməzdim"

Elnarə Lalə Məmmədovanı tənqid etdi:

Elnarə Lalə Məmmədovanı tənqid etdi: "Mən elə geyinməzdim"

Müğənni Elnarə Xəlilova qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Polemika.az xəbər verir ki, “Şourum” proqramına qonaq olan ifaçı stilist Elnur Həsənovu tənqid edib. O stilistin bəzədiyi məşhurların geyimlərini bəyənmədiyini deyib. Elnarə bir müddət əvvəl "TRT" kanalında verilişə çıxan Əməkdar artist Lalə Məmmədovanın libasını buna nümunə çəkib:

“Elnurun geyindirdiyi, yaratdığı Lalə Məmmədova obrazında dərin dekolte var idi. Bunu mən gördüm. "TRT" o dekolteni bağlatdırıb. Qara paltarı yaşıl parça ilə bağlamışdılar. Zövqdən danışırıqsa, biri mənə başa salsın ki, qara parçanın yanında yaşıl rəngli parça nə gəzirdi. Bu mənim zövqüm deyil. Mən elə geyinməzdim".

Qeyd edək ki, Elnur Həsənov aparıcısı olduğu "Deməsəm olmaz" proqramında zövqsüz müğənnilər sırasında Elnarə Xəlilovanın da olduğunu vurğulamışdı.\ BAKU.WS

Elnarə Lalə Məmmədovanı tənqid etdi: "Mən elə geyinməzdim"