"Paşinyan əvvəl bir cür, sonra başqa cür danışmağa vərdiş edib”

"Paşinyan əvvəl bir cür, sonra başqa cür danışmağa vərdiş edib”

"Paşinyan əvvəl bir cür, sonra başqa cür danışmağa vərdiş edib”

“Nikol Paşinyan sadəcə Azərbaycan təmsilçiləri ilə görüşməyib. Ümumiyyətlə, görüş AVRONEST Parlament Assambleyasında təmsil olunan Azərbaycan, Ukrayna, Gürcüstan təmsilçiləri ilə birgə olub və Avropa Birliyinin, eyni zamanda, həmsədr qismində təmsilçilər də orada olublar”.

Bu sözləri Polemika.az-a açıqlamasında deputat Sahib Alıyev deyib.

O, ötən gün azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədovun Ermənistanın Baş naziri Nikol Paşinyanla baş tutan görüşünü şərh edib:

“Nikol Paşinyanın dediklərinə gəlincə, birincisi, Paşinyan əvvəl bir cür, sonra isə başqa cür açıqlamalar verməsi, yaxud indi dediyinin sabah əksinə söyləməsi ilə tanınır. Ermənistan müstəqillik əldə edəndən bu müstəqillik, eləcə də, onun suverenliyi şərti xarakter daşıyıb. İndi isə daha çox şərti xarakter daşımaqdadır.

Kommunikasiyaların açılması məsələsi, habelə sərhədlərin delimitasiyası və demarkasiyasında da önəmli addımların atılması Azərbaycandan və Ermənistanın vassal asılılığında olduğu çevrələrdən asılıdır.

44 günlük müharibə və ondan sonrakı proseslər də onu göstərdi ki, Azərbaycan nə qədər güclü olarsa, bir o qədər maraqlarını təmin etmək imkanındadır. Eyni zamanda, Azərbaycanın Ermənistanın asılı olduğu çevrələrlə əlaqələrinin səviyyəsi də bu baxımdan son dərəcə mühümdür. Yəni reallıq belədir və Paşinyanın bu keçirdiyi görüş, yaxud verdiyi hər hansısa bir açıqlama müəyyən şey deməkdir, amma çox şey demək deyil”.

Rafi MÜSLÜMOV

"Paşinyan əvvəl bir cür, sonra başqa cür danışmağa vərdiş edib”