“Paşinyan Əliyevdən qorxur” - Akopyan

“Paşinyan Əliyevdən qorxur” - Akopyan

“Paşinyan Əliyevdən qorxur” - Akopyan

Paşinyan Əliyevdən qorxur.

Polemika.az erməni mediasına istinadla xəbər verir ki, bunu mətbuat konfransında politoloq Ruben Akopyan deyib.

Politoloq bildirib ki, hakimiyyət hər vasitə ilə xalqın diqqətini yayındırmağa çalışır:

"Bu gün Ermənistanda gündəm olan əsas məsələ Ermənistan-Türkiyə münasibətləridir. Bu, barışıq xarakteri daşısa da, ermənilər hələ ki, qəbul etmək istəmirlər. Ona görə də Paşinyanı tənqid edirlər".

Akopyan Paşiyanın İlham Əliyevdən qorxduğunu qeyd edib:

“Ermənistandan danışıqlar aparan şəxsin kim olmasının fərqi yoxdur, Ruben Rubinyan və ya Arpi Davoyan, danışıqları əslində Nikol Paşinyan aparır. Sadəcə sonradan sudan çıxmaq üçün öz komanda üzvlərindən istifadə edir. O, Əliyevdən qorxur. Ermənistan bu gün subyektivliyini itirib, o, fövqəldövlətlərin problemlərini həll etdiyi siyasi əraziyə çevrilib, sabah isə hərbi əməliyyatlar ərazisinə çevrilə bilər”.

“Paşinyan Əliyevdən qorxur” - Akopyan