Paşinyan Azərbaycanla sərhədə gəldi

Paşinyan Azərbaycanla sərhədə gəldi

Paşinyan Azərbaycanla sərhədə gəldi

Ermənistan Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın müşayiəti ilə silahlı qüvvələrin Azərbaycanla sərhəddəki hərbi mövqelərinə, eləcə də hərbi hissələrdən birinə baş çəkib.

Polemika.az Teleqraf.com-a istinadla xəbər verir ki, Paşinyan döyüş mövqelərində xidmət edən əsgər və komandirlərlə görüşüb.

Ermənistan baş naziri postlara baxış keçirib, cəbhə xəttində aparılan işlər, eləcə də hərbi qulluqçuların xidmət şəraiti ilə tanış olub.

Baş nazirin hansı istiqamətdə yerləşən hərbi hissədə olduğu bildirilməyib. 

Paşinyan Azərbaycanla sərhədə gəldi