“Özlərinin dırnaqarası söylədiyi kimi...” - Bahar Muradova zorlanan 11 yaşlı qızdan danışdı

“Özlərinin dırnaqarası söylədiyi kimi...” - Bahar Muradova zorlanan 11 yaşlı qızdan danışdı

“Özlərinin dırnaqarası söylədiyi kimi...” - Bahar Muradova zorlanan 11 yaşlı qızdan danışdı

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 11 yaşlı qızın ailədə seksual zorakılığa məruz qalmasına münasibət bildirib.

Polemika.az xəbər verir ki, Bahar Muradova deyib ki, belə hallar ailədaxili münasibətlər, onların şüur səviyyəsi, iqtisadi durumu və digər səbəblər ola bilər.

O, bütün bunların araşdırma prosesində üzə çıxacağını söyləyib: “İlk növbədə diqqətimizi cəmiyyətdə kök salmış mənfi stereotiplərə yönəltməliyik”.

B. Muradova təəssüflə qeyd edib ki, müvafiq qurumlar bu hadisə baş verdikdən sonra məlumat əldə edib: “Yaxın ətraf, insanlar bu məsələyə yanaşmada düzgün mövqe tutsaydı, müvafiq qurumlar, məktəb, yerli icra hakimiyyəti məsələ ilə əlaqədar zamanında tədbir görə bilərdi. Ailə də bu məsələni gizli saxlayıb, yaxud özlərinin dırnaqarası söylədiyi kimi vaxtında anlamayıblar. Digər insanlar da bunu ailənin daxili işi hesab ediblər. Bütün cəmiyyəti silkələyən, narahat edən, həyəcanlandıran hadisə ailədaxili məsələ ola bilməz. Çünki bu, sonradan cəmiyyətin və dövlətin probleminə çevrilir. Buna görə də yaxın ətraf bu cür məsələlərdə diqqətli olmalı, uşağa dəstək verməli, vaxtında müdaxilə etməlidir. İndiki halda bütün bunlar olmayıb və biz acı nəticə ilə üz-üzə qalmışıq. Belə olan halda müvafiq qurumların atacağı addımlar var. İlk olaraq, Dövlət Komitəsi olaraq səlahiyyətlərimiz çərçivəsində xəstəxanada qızın psixoloji durumu ilə maraqlandıq, müvafiq psixoloji iş aparıldı. Eyni zamanda bu ailədəki sosial-psixoloji durumla maraqlandıq. Nəzərə alınmalıdır ki, qızın kiçik qardaşı var. Bizim nümayəndələr, yerli monitorinq komissiyasının üzvləri ailədə oldular. Məlum oldu ki, azyaşlı oğlanın özünün də dəstəyə ehtiyacı var”.

B. Muradova qızın iki gündür ki, xəstəxanadan çıxdığını bildirib: “Qız, qardaşı və anası ilə birlikdə dövlət sığınacağına yerləşdirilib, reabilitasiya proqramına cəlb olunublar. Onlara hər cür dəstək göstəriləcək”.

Komitə sədri mətbuatda və sosial şəbəkələrdə bu məsələnin bütün incəliklərinə qədər müzakirə olunduğunu, konkret adlar, ünvanlar verildiyini, hətta şəkillər dərc olunduğunu təəssüflə qeyd edib: “Bunlar qətiyyən qəbuledilməzdir. Hətta insanlar bu məsələdə dövlət qurumlarını dəqiq məlumat verməməkdə suçlamağa qədər gedə bilirlər. Həssas sosial qrupla işin əsas tələbi ondan ibarətdir ki, konfidensiallıq qorunmalı, konkret adlar, ünvanlar, şəkillər göstərilməməlidir. Cəmiyyətə və mətbuata çağırış edirik ki, bu cür məsələlərə həssas yanaşılsın”.

B. Muradova bu cür həssas məsələlərin hansı qaydada işıqlandırılmalı olduğu ilə bağlı indiyə qədər jurnalistlər üçün təlimlərin təşkil edildiyini, gələcəkdə də MEDİA ilə birlikdə belə təlimlərin təşkil olunacağını bildirib.

“Özlərinin dırnaqarası söylədiyi kimi...” - Bahar Muradova zorlanan 11 yaşlı qızdan danışdı