“Özlərini gündəmdə saxlamağı bacarır, yaxşı qazanırlar...” - Mikayıl

“Özlərini gündəmdə saxlamağı bacarır, yaxşı qazanırlar...”

“Özlərini gündəmdə saxlamağı bacarır, yaxşı qazanırlar...” - Mikayıl

Vaxtının çoxunu sosial şəbəkələrdə keçirdiyi üçün şikayətlənənlərin sayı günü-gündən artır. Hətta sosial şəbəkələri “enerji qəbirstanlığı” adlandıranlar bu platformalarda fəaliyyətini dayandırıblar. 

Sosial şəbəkələr həyatımızda hansı yeri tutur, doğrudanmı sosial şəbəkələr insanları elmi fəaliyyətlərindən, intellektual düşüncələrdən yayındırır? Məşhurlar, ümumiyyətlə, sosial medianı gəlir mənbəyi olaraq, yoxsa əyləncə üçün istifadə edir?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən tanınmış teleaparıcı Mikayıl Güləddinoğlu bildirib ki, sosial şəbəkəyə marağı yoxdur:

“Şəbəkə ilə aram çox yaxşı deyil. Hətta sosial mediadakı paylaşımlarımı yanımda olan dostum icra edir. Hər dəfə də mənə tövsiyə edir ki, sosial mediada aktiv olum, davamlı olaraq öz şəkillərimi paylaşım.  

Açığı, heç bilmirdim ki, “Instagram”da istəklər deyilən bir bölüm var. Sosial media mənim üçün yeni bir dünyadır, çox istifadə etmədiyim üçün orda paylaşılanlardan da demək olar ki, xəbərim olmur. Amma düşünmürəm ki, sosial mediadan aktiv istifadəsi həmkarlarımın və ya sıravi istifadəçilərin elmi fəaliyyətinə zərər vursun. Əksinə, onlar yeniliklərlə tanış olurlar”.

M.Güləddinoğlu qeyd edib ki, sosial mediadan həm elmi, həm də əyləncə xarakterli istifadə etmək mümkündür:

“Bildiyim qədər, ordan qazanc da əldə etmək mümkündür. Daha çox izləyicisi olanlar reklamdan qazanır, beləliklə, özlərini gündəmdə saxlamağı bacarırlar. Mənim isə 38 min izləyicim var, heç bir gəlir əldə edə bilmirəm. 

Bəzi həmkarlarım hansı platforma populyardırsa, orda aktiv olmağa başlayırlar, özlərini trenddə saxlayırlar. Bu da bir qazanc üsuludur təbii ki. Ancaq mən sosial mediadan çox uzağam, mütəmadi istifadəçisi olmağı heç düşünmürəm”.

 Ayzel

“Özlərini gündəmdə saxlamağı bacarır, yaxşı qazanırlar...” - Mikayıl