“Öpmüşəm əcəb eləmişəm” - Niyam Salami + Video
“Öpmüşəm əcəb eləmişəm” - Niyam Salami + Video
ATV-nin “7 canlı” proqramının budəfəki qonağı müğənni Niyam Salami olub.
Polemika.az xəbər verir ki, konsertlərin birində Aynur Dadaşovanı öpdüyü üçün tənqid olunan Niyam Salami efir vasitəsiylə məsələyə aydınlıq gətirib:
“Gördüm ki, evində Quran var. Dedi ki, mən namaz qılıram. İstər-istəməz mən kövrəldim. Qızım mənə Quran da verdi. O gündən sonra namaz qıldım. Ailə qədri bilən insan onu mənə verdi. Mən onu görəndə ailəsi, anası yadıma düşür. Bu yaxınlarda səni səhnədə öpdüm. Əcəb elədim. Sən mənim qızımsan, bacımsan, əzizimsən”.