Aparıcı fəxri ad alanları qısqananlar səsləndi: "Ürəyində xəbislik, kin..."

Aparıcı fəxri ad alanları qısqananlar səsləndi:

Aparıcı fəxri ad alanları qısqananlar səsləndi: "Ürəyində xəbislik, kin..."

Aparıcı Leyla Quliyeva fəxri ada layiq görülən sənətçiləri təbrik edib.

Polemika.az xəbər verir ki, onun təbrikləri “Əməkdar artist” fəxri adını alan Elton Hüseynəliyev və Xəyyam Nisanova ünvanlanıb:

"Bir neçə sənət dostumuz fəxri adlarla təltif olundu. Yaradıcı insan üçün bunun necə böyük stimul olduğunu anlamaq çətin deyil. Hər kəs istəyər ki, çəkdiyi zəhmətin bəhrəsini görsün, dəyərini alsın. Səbrlə sevdiyiniz işə xidmət edin. Gec-tez hər kəsə pay düşəcək. Mən onların hər birinin sevincinə şərikəm. Şərik ola bilməyənlərə də bir dost tövsiyəsi - ürəyinizi xəbislik yox, kin yox, sevgiylə qidalandırın. Çünki kiminsə sevincinə qatılanda o hissdən sizə də pay düşür. Fərəhlənirsiniz, neqativ fikirləri özünüzdən qovursunuz, bir də görürsünüz ki, sizin də üzünüz gülür. Vallah, düz sözümdür".

Xatırladaq ki, ötən gün Nadir Qafarzadə isə yenə də ad ala bilmədiyi üçün etiraz edib. 

Aparıcı fəxri ad alanları qısqananlar səsləndi: "Ürəyində xəbislik, kin..."