"Onlar bizi Ukrayna müharibəsinə çəkmək istəyirlər" - Lukaşenko
"Onlar bizi Ukrayna müharibəsinə çəkmək istəyirlər" - Lukaşenko
"Onlar sadəcə olaraq Belarusu Ukraynada müharibəyə sövq etmək istəyirlər".
Polemika.az "BELTA"ya istinadla xəbər verir ki, bunu prezident Aleksandr Lukaşenko deyib.
O bildirib: “Gördüyünüz kimi, onlar bizi Ukraynadakı müharibəyə sövq etmək istəyirlər. Bilərəkdən, sərhədlərimizin qalan hissəsini mühafizəsiz qoymağımız üçün. Sonra tez-bazar bizimlə məşğul olacaqlar, sizi qorumaq üçün Ukraynadan qayıtmağa macal tapmayacağıq. Bu bir taktikadır və 2020-ci ilin avqustunda olduğu kimi, sonradan yenidən başlamamaq üçün Rusiya və bizimlə eyni vaxtda məşğul olmaq strategiyasıdır”.
"Bir daha deyirəm: biz onların nə istədiklərini bilirik. Biz buna hazırıq. Biz öz torpağımızda sizin üçün döyüşüb öləcəyik, buna əmin ola bilərsiniz”.
Lukaşenkonun sözlərinə görə, belaruslar heç bir münaqişə və müharibə istəmirlər.