“Onlar 100 faiz vicdanlarını itiriblər” - Baş redaktor

“Onlar 100 faiz vicdanlarını itiriblər”

“Onlar 100 faiz vicdanlarını itiriblər” - Baş redaktor

Böyük dövlətlərin, insan hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatların Azərbaycana münasibətdə ikili standartlardan yanaşması birinci dəfə deyil. Biz 30 ilə yaxındır bunun şahidiyik. Xüsusilə, İkinci Qarabağ Müharibəsi dövründə bu mənfi tendensiya daha qabarıq şəkildə müşahidə olundu”. 

Bu sözləri SİA-ya açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin sədri, Polemika.az saytının baş redaktoru Seymur Verdizadə deyib.

Jurnalist qeyd edib ki, Azərbaycan torpaqlarını 30 ilə yaxın bir müddətdə işğal altında saxlayan təcavüzkar Ermənistanın “demokratiya adası”na çevrilməsi tarixin ironiyasıdır: “Müharibə 1 il əvvəl başa çatsa da, Ermənistan hələ də sülh müqaviləsi imzalamaqdan yayınır. Bunlar necə demokratdırlar ki, revanşist düşüncədən əl çəkmir, bölgəni qan çanağına çevirmək üçün fürsət axtarırlar? Dünyanın terrorçunu demokrat libasında qəbul etdiyi absurd zəmanədə yaşayırıq”.

Seymur Verdizadə bildirib ki, 44 günlük müharibə dövründə Azərbaycanın prinsipial mövqeyi bir çox dövləti qıcıqlandırdığı üçün onlar təcavüzkar Ermənistanın başına sığal çəkməklə təsəlli tapmağa çalışırlar: “Azərbaycan, Türkiyə və Macarıstan uşaq qatili Ermənistanın iştirak etdiyi tədbirə qatılmamaqla heç nə itirmir. Amma müharibə vaxtı Gəncədə, Tərtərdə 2-3 yaşlı məsum uşaqları qətlə yetirən cinayətkarları o tədbirə dəvət edənlər 100 faiz vicdanlarını itiriblər”. 

“Onlar 100 faiz vicdanlarını itiriblər” - Baş redaktor