"Ondansa zərfə min manat pul qoyub..." - Afət Fərmanqızı

"Ondansa zərfə min manat pul qoyub..." - Afət Fərmanqızı

"Ondansa zərfə min manat pul qoyub..." - Afət Fərmanqızı

Müğənni Afət Fərmanqızı xəstə ziyarətinə gedən həmkarlarını qınayıb.

Polemika.az xəbər verir ki, o, xəstə yatağında olan həmkarlarını ziyarət edən sənət adamlarına məsləhət verib. O həmin şəxsləri ziyarət etməkdənsə, onlara pul göndərməyin daha yaxşı olduğunu deyib:

“Buna münasibətim çox pisdir. Orada şəkil çəkdirib, video paylaşıb, reklam olunmaqdansa, zərfə min manat qoyub göndərin. Xəstə yanına gedəndə ev sahibi narahat olur. Bilmir xəstəsi ilə məşğul olsun, yoxsa evini təmizləsin. Gedib orada şəkil çəkdirib, video paylaşıb həmin xəstəni niyə kiçildirsiniz?. Onları o vəziyyətdə çəkib sevənlərini əsəbiləşdirirsiniz".

Həmin görüntüləri təqdim edirik:

 

"Ondansa zərfə min manat pul qoyub..." - Afət Fərmanqızı