“Omicron”un qeyri-adi ƏLAMƏTİ AÇIQLANDI - Dəri bu hala düşür

“Omicron”un qeyri-adi ƏLAMƏTİ AÇIQLANDI - Dəri bu hala düşür

“Omicron”un qeyri-adi ƏLAMƏTİ AÇIQLANDI - Dəri bu hala düşür

Q.N.Qabriçevski adına Moskva Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunun (MNIIEM) mütəxəssisləri COVID-19-un  “Omicron” ştammının qeyri-adi əlamətini açıqlayıblar.

İnstitutun kliniki işlər üzrə direktor müavini Tatyana Rujentsovanın sözlərinə görə, infeksiyadan sonra bir çox xəstənin dərisində səpgilər əmələ gəlir.

Bu, onun fikrincə, birbaşa dəri hüceyrələrinə və ya qan damarlarına zərər verən infeksiyanın bütün bədənə yayılmasını göstərir.

Səpgilər çəhrayı, qırmızı və ya maviyə oxşar ləkələr kimi görünə bilər. Bəzi xəstələrdə qaşınma, digərlərində şişlik, digərlərində isə heç bir şey hiss olunmur.

Bir qayda olaraq, səpgilər koronavirus infeksiyasına qarşı əsas terapiyanın istifadəsi ilə aradan qaldırılır.

Mütəxəssislər hesab edirlər ki, dəri səpgiləri həkim tərəfindən təyin olunan virus əleyhinə, antitrombotik, iltihab əleyhinə və detoksifikasiya vasitələrinin daha aktiv istifadəsinə ehtiyac olduğunu göstərir. (Lent.az)

“Omicron”un qeyri-adi ƏLAMƏTİ AÇIQLANDI - Dəri bu hala düşür