""Nəhayət, maskalar cırıldı" - Podolyak

""Nəhayət, maskalar cırıldı" - Podolyak

""Nəhayət, maskalar cırıldı" - Podolyak

"Rusiyanın bugünkü məqsədi kütləvi təlaş, mülki əhali arasında itkilər və infrastrukturun məhv edilməsidir".

Polemika.az xəbər verir ki, Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

O, “Twitter” səhifəsində yazıb:

"Nəhayət, maskalar cırıldı. Rusiya şəhər mərkəzlərini fəal şəkildə atəşə tutur, yaşayış məhəllələrinə və hakimiyyət orqanlarına birbaşa raket və artilleriya zərbələri endirir. Rusiyanın məqsədi bəllidir - kütləvi təlaş, mülki əhali itkiləri, infrastrukturun məhv edilməsi".

Podolyakın sözlərinə görə, Ukrayna ləyaqətlə mübarizə aparır.

Xatırladaq ki, martın 1-də səhər saatlarında Xarkov vilayəti dövlət administrasiyasının binası istiqamətində Rusiya hərbçiləri raket zərbəsi endirib. İlkin məlumata görə, 20-yə yaxın insan xəsarət alıb. Rayon dövlət administrasiyasının binası demək olar ki, dağılıb.

""Nəhayət, maskalar cırıldı" - Podolyak