"Normal uşaqlar problemli uşaqların girovuna çevrilir" - Məktəblərdəki aqressiyanın pərdəarxası

"Normal uşaqlar problemli uşaqların girovuna çevrilir"

"Normal uşaqlar problemli uşaqların girovuna çevrilir" - Məktəblərdəki aqressiyanın pərdəarxası

“Aqressiya demək olar ki, cəmiyyəti ağuşuna alıb. Təəssüf ki, bunu təhsil müəssisələrində işləyənlərə qarşı da hiss edirik”.

Polemika.az xəbər verir ki, bu sözləri təhsil eksperti Kamran Əsədov bildirib.

O, məktəb və bağçalarda uşaqlara qarşı aqressiya hallarının artması haqqında danışarkən bunun ailədən qaynaqlandığını qeyd edib:

“Ardınca orta məktəbdə inkişaf edir. Təhsildə aqressiya şagird-müəllim münasibətlərinin cəmiyyətin durumuna mənfi təsir göstərir. Müəllimlərinlərin tərbiyə metodundan çox şey asılıdır. Məktəbdədə böyüyən uşaqda formalaşan aqressiya yavaş-yavaş əhatə dairəsi genişlənir.

Buraxılış imtahanları və ali məktəblərə qəbuldakı uğursuzluqlar bilavasitə cəmiyyətin müəllimə, məktəbə, təhsilə münasibətini dəyişir. Müəllimlərin repititorluğu, bəzi məktəblərdə idarəetmə boşluqları təhsil üçün ciddi problemlər yaradıb.

Əksər ölkələrdə məktəbdə aqressiya ilə mübarizə üçün xüsusi proqramlar tərtib olunur, pedaqoji heyətə hərtərəfli təlim keçirilir”.

Ekspert məktəb qaydalarını pozanların əsasən oğlanlar olduğunu vurğulayıb:

“Amma onlara hansısa sərt cəzanı vermək mümkün deyil, buna təhsil sistemi icazə vermir. İdarə olunmayan şagirdi psixoloqa göndərmək də qeyri-mümkündür, çünki bunun üçün mütləq valideynlərin razılığı tələb olunur. Nəticədə, normal uşaqlar problemli uşaqların girovuna çevrilir. Buraxılışa qədər kobudluğa dözməli olan və uşağı sinifdən qovmağa belə haqqı olmayan müəllimi necə qınayasan?!”

Mehri Qurban 

"Normal uşaqlar problemli uşaqların girovuna çevrilir" - Məktəblərdəki aqressiyanın pərdəarxası