Niyə Türkiyədə ucuzluq olanda Bakıda bahalıq olur?

Niyə Türkiyədə ucuzluq olanda Bakıda bahalıq olur?

Niyə Türkiyədə ucuzluq olanda Bakıda bahalıq olur?

Türk lirəsinin kəskin ucuzlaşması bu ölkədə yerli istehsalçıları ciddi problemlə üz-üzə qoyub. İnflyasiya türk mallarının qiymətinin kəskin ucuzlaşmasına səbəb olub.

Maraqlısı odur ki, Azərbaycanda bunun əksi müşahidə olunur. Türkiyədə “su qiymətinə” olan mallar Azərbaycanda müştərilərə “od qiymətinə” təklif olunur. Buna səbəb nədir?

İqtisadçı Asif İbrahimov Polemika.az-a açıqlamasında məsələyə aydınlıq gətirib:

“Türk lirəsi dollara qarşı öz mövqeyini itirir. Türkiyədə devalivasiya ilə birlikdə inflyasiya prosesi də gedir. Yəni Türkiyədəki məhsullarda bahalaşma baş verir.

Məhsulun qiymətinin formalaşdırılması bir neçə hissədən ibarət olur. Məhsulların üzərinə gələn bütün vergi xərcləri, daşınma xərcləri və digər xərclərə 10-20% mənfəət qoyulduqdan sonra həmin məhsul satılır. Bu xərclərdə də artımlar var. Daşınma xərclərində də müəyyən artımlar olub. Eyni zamanda 2021-ci ildən etibarən limit tətbiq olunmağa başladı və bunların fonunda qiymətlərdə bahalaşma baş verir. Nə qədər xərc yaranırsa, məhsulun qiyməti də bir o qədər yüksəlir. Bahalaşmanın əsas səbəbi budur.

Bir məsələni də qeyd edim, Türkiyə iqtisadi modeli elə bir modeldir ki, orada türk lirəsi dəyərini siyasi məsələlərə görə itirir. Əminəm ki, oradakı məsələ iqtisadi deyil, siyasidir”.

Mehri QURBAN

Niyə Türkiyədə ucuzluq olanda Bakıda bahalıq olur?