Niderlandda koronavirusla bağlı etiraz aksiyası oldu

Niderlandda koronavirusla bağlı etiraz aksiyası oldu

Niderlandda koronavirusla bağlı etiraz aksiyası oldu

Niderlandın paytaxtı Amsterdamda Covid-19 tədbirlərinə qarşı keçirilən etirazlarda 30 nəfərin saxlanıldığı, 4 polis əməkdaşının isə yaralandığı bildirilib.

Polemika.az xarici KİV-ə istinadən xəbər verir ki, Amsterdamda minlərlə insan Covid-19 epidemiyası ilə mübarizə çərçivəsində məhdudiyyətlərə və peyvənd tətbiqinə etiraz etmək üçün dünən nümayiş keçirib. Yerli hakimiyyət orqanları tərəfindən qadağan olunsa da, etirazçılar maska, sosial məsafə qaydalarına əməl etmədən sarı çətir və musiqi ilə yürüş ediblər. Polis kütləni dağıtmaq üçün dəyənək və itlərlə müdaxilə edib.

Niderlandda koronavirusa yoluxma hallarının artması və Omikron mutasiyası səbəbindən 2021-ci ilin noyabrında tətbiq edilən 3 həftəlik qismən bağlanmanın yanvarın 14-dək uzadılması qərara alınıb.

28 noyabr 2021-ci il tarixindən ölkə ərazisində kafe, restoran, bar, teatr və muzeylər, zəruri ləvazimatların satışı olmayan mağazalar və digər ictimai yerlər yerli vaxtla saat 05.00-dan 17.00-dək olub. İdman tədbirlərinin keçirilməsi qadağan edilib. Əhali mümkün qədər evdən işləyir. Ölkədə mövcud məhdudiyyətlər çərçivəsində iki nəfərdən çox insanın toplaşması da qadağan edilib.

Qeyd edək ki, Niderlandda epidemiya başlayandan bəri ümumilikdə 3 milyon 165 min 793 nəfərdə yoluxma qeydə alınıb, 20 min 957 nəfər isə virusdan dünyasını dəyişib.

Nəzrin Vahid

Niderlandda koronavirusla bağlı etiraz aksiyası oldu