“Netflix”də Zelenskinin serialı yayımlanacaq

“Netflix”də Zelenskinin serialı yayımlanacaq

“Netflix”də Zelenskinin serialı yayımlanacaq

 Ukrayna Prezidenti Volodimir Zelenskinin baş rolunu canlandırdığı “Sluqa naroda" (ingiliscə "Servant of the People” - "Xalqın xidmətçisi") serialı “Netflix”də yayımlanacaq.

Polemika.az xəbər verir ki, bu barədə şirkət sosial şəbəkə hesablarında məlumat verib.

Serialın yayım hüququnu “Netflix” 2016-cı ildə alıb.

Qeyd edək ki, "Xalqın xidmətçisi" efirdə ilk dəfə 16 oktyabr 2015-ci ildə göstərilən və siyasi satira janrında çəkilən Ukrayna teleserialıdır. Serial orta məktəbdə işləyən 30 yaşlı tarix müəllimi Vasili Petroviç Qoloborodkonun (Vladimir Zelenski) həyatından bəhs edir.

Şagirdlərindən biri baş qəhrəmanın ədəbsiz şəkildə korrupsiyaya qarşı ifadələr işlətməsinin videosunu paylaşır. Video ölkədə o qədər rəğbət qazanır ki, müəllim gözlənilmədən Ukraynada Prezident seçkilərində qalib gəlir.

Xatırladaq ki, "Netflix" martın 7-dən etibarən Rusiyada yayımını dayandırıb. 

“Netflix”də Zelenskinin serialı yayımlanacaq