Nazirlər Kabinetinin səlahiyyəti niyə məhdudlaşdırıldı? - Ekspertdən açıqlama

Nazirlər Kabinetinin səlahiyyəti niyə məhdudlaşdırıldı?

Nazirlər Kabinetinin səlahiyyəti niyə məhdudlaşdırıldı? - Ekspertdən açıqlama

"Nazirlər Kabineti tapşırığı icra edə bilmədiyinə və ya icra etmək istəmədiyinə görə səlahiyyətlər QHT-lərə Dövlət Dəstəyi Agentliyə verildi".

Polemika.az xəbər verir ki, bunu “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Forum prezidenti vurğulayıb ki, uzun müddət olardı ki, QHT-lərə Dövlət Dəstəyi Agentliyi qrant verilməsi prosesinə başlaya bilmirdi.

Səbəb isə Nazirlər Kabinetinin zəruri qaydaları vaxtinda hazırlaya bilməməsiydi:

“Ötən gün Prezident tərəfindən müvafiq fərman imzalanıb və qrant müsabiqəsi​ qaydalarının hazırlanması səlahiyyətini Nazirlər Kabinetinin əlindən alıb. Bu fərmanla​ qeyri-hökumət təşkilatlarının qrant maliyyələşməsi ilə bağlı müsabiqələrin keçirilməsinin müvəqqəti qaydasını və digər proseduraları​ Agentlik özü təsdiq edəcək. Belə olan halda maraqlı sual yaranır ki, əgər mərkəzi qurumlar, publik qurumlar bu tip işləri özləri görə bilirsə, adı çəkilən sənədləri Prezident Administrasiyası ilə razılaşdırmaqla qəbul edə bilirsə onda Nazirlər Kabinetinə​ ehtiyac varmı?”.

Nazirlər Kabinetinin səlahiyyəti niyə məhdudlaşdırıldı? - Ekspertdən açıqlama