Nazir istefa verdi

Nazir istefa verdi

Nazir istefa verdi

Gürcüstanın məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze istefa verib.

Polemika.az xəbər verir ki, Tikaradze bu gün keçirilən xüsusi brifinqdə istefa qərarını açıqlayıb. 

Nazir tibb işçilərinə təşəkkür edib və quruma rəhbərlik etdiyi dövrdə əldə olunmuş nailiyyətlərdən danışıb.

Qeyd edək ki, Ekaterine Tikaradze 2019-cu ilin iyunundan bu vəzifədə çalışırdı.

Nazir istefa verdi